Türkiyə prezidenti Abdullah Gül Küveytə rəsmi səfər edib. SİA-nın məlumatına görə, A.Gülü Küveyt Beynəlxalq Hava Limanında bu ölkənin Əmiri Əş Şeyx Sabah Əl Əhməd Əl Cabir Əs Sabah mərasimlə qarşılayıb.
A.Gül Küveytә sәfәri çәrçivәsindә ilk olaraq iqtisadiyyat və iş dünyası nümayәndәlәri ilә görüşüb.
Türkiyə dövlət başçısı iki ölkə əlaqələrinin çox önəmli bir cəhətinin iş, ticarət və qarşılıqlı yatırımlar olduğunu bildirərək, bu sahələrdə yeni addımlar atılmasının vacibliyinə toxunub. O, səfəri çərçivəsində həmçinin Türkiyə-Küveyt İş Forumuna qatılacağını da açıqlayıb.
A.Gül daha sonra Küveyt Baş nazirinin birinci müavini və Xarici İşlər naziri Şeyx Sabah Xalid Əl-Hamad Əl-Sabahı qəbul edib.
Gül Küveyt Əmiri Şeyx Əl Sabah ilә görüşdükdәn sonra iki ölkə arasındakı müqavilələrin imza mərasiminə axşam isә Küveyt əmiri Şeyx Əl Sabahın verdiyi ziyafәtә qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB