Jurnalist hüquqlarının pozulması halları 100 dəfə artıb Ukraynada

Jurnalist hüquqlarının pozulması halları 100 dəfə artıb Ukraynada

"Fevralın 27-dən 30 mart tarixinə qədər bizim tərəfimizdən jurnalist hüquqlarının pozulması ilə bağlı 100 fakt qeydə alınıb. Bu ərəfədə ukraynalı və xarici jurnalistlər öz peşə borclarını yerinə yetirərkən, onlara qarşı ən kobud şəkildə güc tədbiq edilib, bununla da onların insan hüquqları pozulub". SİA-nın məlumatına görə, bu haqda Ukraynanın Jurnalist Aaraşdırmaları Mərkəzi xəbər verir.

Xəbərdə qeyd olunur ki, sözügedən hüquq pozuntuları zamanı "Krım özünümüdafiə təşkilatı" və "Berkut" tərəfindən jurnalistlərə qarşı 38 dəfə hücum olunub.Bu olayların 13-də jurnalistlər və fəallar ya saxlanılıblar, ya da sıxışdırılıblar. Hücuma məruz qalan jurnalistlərin qanunsuz həbslər zamanı onlara məxsus vasitələr, yaddaş kartları zorla əllərindən alınaraq, istifadəsiz hala gətirilib.

Hücuma məruz qalanlar arasında ATƏT-in söz və ifadə azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və BMT baş katibinin xüsusi elçisi Rober Serri də olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə