Fransa hökumətinin yeni tərkibi açıqlandı

Fransa hökumətinin yeni tərkibi açıqlandı

Ötən gün Fransa prezidenti Fansua Olland tərəfindən baş nazir vəzifəsinə təyin olunan Manuel Valls yeni hökumətin tərkibini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni hökumətdə daxili işlər naziri vəzifəsinə Bernard Cazeneuve, ekologiya naziri vəzifəsinə Segolene Royal, əmək naziri vəzifəsinə François Rebsamen, təhsil naziri vəzifəsinə Benoît Hamon, maliyyə naziri vəzifəsinə Michel Sapik, mülki müdafiə naziri vəzifəsinə Slyvia Pinel, sosial müdafiə naziri Marisol Touraine təyin olunub.

Xarici işlər naziri Laurent Fabius, qadın hüquqlarının müdafiəsi naziri Najat Vallaud-Belkacem, iqtisadiyyat naziri Arnaud Montebourg, müdafiə naziri Jean-Yves Le Drian, mədəniyyət naziri Aurelie Fillipetti, ədliyyə naziri Christina Taubira olaraq qalıb.

Kənd təsərrüfatı naziri Stephan Le Folle isə hökumət spikeri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, yeni hökumətin ilk iclası aprelin 4-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə