NATO: “Rusiya 3-5 gündən sonra Ukraynaya hərbi müdaxilə edəcək”

NATO: “Rusiya 3-5 gündən sonra Ukraynaya hərbi müdaxilə edəcək”

NATO silahlı qüvvələrinin Avropadakı baş komandanı Filipp Bridlav bildirir ki, Rusiya Ukraynaya müdaxilə etmək üçün lazım olan bütün hərbi vasitələrə və gücə malikdir. SİA-nın məlumatına görə, o, bu barədə "Reuters" və "Wall Street Journal"-a müsahibəsində deyib. NATO rəsmisinin sözlərinə görə, Rusiya Ukraynanı 3-5 gündə işğal edə bilər.

"Ukrayna-Rusiya sərhəddindəki vəziyyət çox həyacanvericidir"- deyə, qeyd edən Bridlav onu da deyib ki, NATO dünən axşam saatlarında Rusiya hərbçilərinin sərhəd boyu hərəkətlərini müşahidə edib və hərbçilər kazarmalarına geri dönməyiblər: "NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşləri zamanı məndən aprelin 15-nə qədər quruda, havada və suda möhkəmlənmək üçün paketin hazırlanması xahişi edilib".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə