Təkcə mart ayında İraqda 748 nəfər ölüb HESABAT

Təkcə mart ayında İraqda 748 nəfər ölüb HESABAT

Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Komitəsi mart ayında İraqda baş verən partlayışlarda 108-i təhlükəsizlik işçisi olmaqla 748 nəfərin öldüyünü, 130-u təhlükəsizlik xidmətinin üzvü olmaqla 1975 nəfərin yaralandığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hesabata əsasən, ötən ay qanlı hadisələrin yaşandığı təkcə paytaxt Bağdadın Anbar vilayətində 156 nəfər ölüb, 741 iraqlı isə yaralanıb.

BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Nikolay Miladinov deyib ki, son günlər seçkilərin yaxınlaşması ilə əlaqədar olaraq terror aktlarının sayı kəskin artıb: "Fevral ayının hesabatında da bu rəqəm böyük idi. 2014-cü ilin ikinci ayında baş verən terror hadisələrində həyatını itirən və yaralanan təhlükəsizlik xidmətinin üzvləri ilə sadə vətəndaşların ümumi sayı 3580 nəfər olub.

Qeyd edək ki, İraqın tarixində ən qanlı illərdən biri hesab olunan 2013-cü ildə 7818 nəfər ölüb, 17981 iraqlı isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə