Zəlzələ nəticəsində 5 nəfər həyatını itirdi

Zəlzələ nəticəsində 5 nəfər həyatını itirdi

Çili sahillərində zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində 5 nəfər həyatını itirib. Ölənlərdən dördünün kişi, birinin isə qadın olduğu deyilir. Mövzu ilə bağlı ölkə mətbuatına verilən açıqlamaya əsasən 8,2 bal gücündə olan zəlzələ Qrinviç üzrə saat 23:46-da qeydə alınıb. Hakimiyyət orqanlarının yaranmış təhlükə səbəbi ilə sözügedən ərazidə yaşayan əhaliyə evlərini tərk etmək barədə xəbərdarlıq etdiyi bildirilir.

Qeyd edək ki, ölkənin bəzi yerlərində torpaq sürüşmələri baş verib. İkike şəhərində yerləşən qadın həbsxanasında cəza çəkən 300 məhbus təbii fəlakətdən istifadə edərək qaçıb. Qaçan məhbuslardan yalnız 16 nəfərini tapmaq mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə