NATO xarici işlər nazirləri Rusiya ilə bütün mülki və hərbi əməkdaşlığı dayandırmaq barədə razılığa gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş katib Anders Foq Rasmussen Ukraynanın Krım rayonunun Rusiyaya birləşdirilməsini Avropanın təhlükəsizliyi üçün ciddi təhlükə olduğunu söyləyib.
Krımın Rusiyaya ilhaq edilməsindən bəri ilk görüş üçün Brüsseldə toplanan NATO blokunun 28 üzv ölkəsinin xarici işlər nazirləri, Krımın Rusiyaya qeyri-qanuni birləşdirilməsini pisləyən sərt bəyanat yayıb. Onlar NATO-nun bir neçə qurumunun Rusiya ilə əməkdaşlığını dayandırması haqqında qərarla razılaşıblar. Lakin onu da bildiriblər ki, "NATO və Rusiya arasındakı dialoq davam etməlidir. Bu ilk növbədə, bizə böhranla əlaqədar fikir mübadiləsi etmək üçün imkan yaradacaq və biz iyunda baş tutacaq növbəti iclasda Rusiya ilə NATO münasibətlərini yenidən nəzərdən keçirəcəyik".
Rusiyanın Ukraynaya müdaxiləsi keçmiş Sovet İttifaqının tərkibində olmuş Estoniya, Latviya və Litvada narahatlıq doğurub.
Buna görə də NATO üzvləri həmçinin, Şərqi Avropa ölkələrini razı salmaq üçün Baltikyanı ölkələrdə daimi hərbi bazalar yerləşdirilməsi variantlarını da axtarırlar. Analitiklərin Krım məsələsi ilə bağlı əməliyyatlarına əlavə olaraq NATO-nun reaktiv təyyarələri regionun hava patrulunda müntəzəm iştirak edəcək. Artıq Böyük Britaniya, ABŞ və Fransa daxil olmaqla bir neçə NATO ölkələri əlavə hərbi təyyarə təklif edib.
Qeyd edək ki, ABŞ-ın Nümayəndələr Palatası Krımın işğal edilməsi ilə bağlı Ukraynaya yardım məqsədilə Rusiyaya qarşı müəyyən sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulu üçün dəstək verib. Qanun layihəsi artıq imzalanmaq üçün prezident Barak Obamaya təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB