İstanbul Böyükşəhər Bələdiyyəsi vətəndaşların istifadəsi üçün şəhər meydanlarında pulsuz internetin tətbiqinə başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, nəzərdə tutulan pulsuz internet şəhərdə insanların sıx olacağı ərazilərə veriləcək. Şəhər Bələdiyyəsindən verilən açıqlamada internetin daha sürətli və geniş paylandığı ərazilərin Taksim Meydanı, İstiklal Caddesi (Qalatasaray Liseyi), Sultanahmet Meydanı, Eminönü Meydanı, Beşiktaş Meydanı, Kadıköy Meydanı, Üsküdar Meydanı, Sultanbeyli Meydanı, Bəyazid Meydanı, Mecidiyeköy Meydanı və Cevahir Önü meydanı olacağı bildirilir.
Qeyd edək ki, sözügedən internetdən yararlanmaq üçün şəhər əhalisi müəyyən olunan sistemə daxil olmalı və mesaj vasitəsi ilə şifrə əldə etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB