Dünən səhər saatlarında Cənubi Koreya və Şimali Koreyanın dəniz sərhəddində başlayan gərginlik yenidən alovlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın dəniz sərhədində mərmilərlə manevr etməsindən sonra iki qonşu ölkənin donanma gücləri qarşı-qarşıya gəlib. Şimali Koreyanın 3 saat davam edən manevrində istifadə etdiyi bəzi top güllələri Cənubi Koreyanın sərhədinə düşüb və qarşı tərəfdən gələn cavab özünü çox gözlətməyib. Cənubi Koreyanın Müdafiə naziri Kim Min-soek bildirib ki, Şimali Koreya manevr ərzində 500 top gülləsi atıb və bunlardan 100-ü dəniz üzərindəki sərhədlərə düşdüb.
Nazir deyib ki, Cənubi Koreya Pxenyan rəhbərliyinin qəsdən təşkil etdiyi təxribata uzun mənzilli topçu batareyalarının 300 top gülləsiylə qarşılıq verib. Qarşılıqlı atışmada ölən ya da yaralanan olmayıb. Təhlükəsizlik tədbirlərinə görə sərhəd bölgəsindəki ada sakinləri sahil xəttini tərk edib. Təxliyyə, Şimali Koreyanın manevrinin bitirməsindən bir saat sonra dayandırılıb.
Qeyd edək ki, sərhəddə gərginlik Şimali Koreyanın yeni bir nüvə testi sınağı keçirəcəyi təhdidindən bir gün sonra baş verib. Bu addım, Pxenyan rəhbərliyinin ABŞ-da nüvə danışıqlarının gündəmə gəldiyi tədbirlərə qarşı qəzəbinin artmasından irəli gəldiyi iddia edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB