Vitali Kliçkodan Timoşenkoya mesaj "Seçkidə iştirak etmə!"

Vitali Kliçkodan Timoşenkoya mesaj "Seçkidə iştirak etmə!"

"UDAR" Partiyasının lideri Vitali Kliçko "Batkvişina" təmsilçisi Yuliya Timoşenkoya ilginc məsləhət verib. SİA-nın məlumatına görə, ölkə MSK-sı artıq 14 nəfər namizədin prezident seçkisində iştirakına yaşıl işıq yandırıb. Lakin Kliçko digər namizədlərə vahid namizəd ətrafında birləşməyi təklif edib. Belə ki, "UDAR" lideri Yuliya Timoşenkoya məsləhət görüb ki, seçkidə namizəd kimi iştirak etməkdənsə, ən şanslı namizəd kimi qiymətləndirilən Pyotr Poroşenkonu dəstəkləsin.

Almaniyanın "Bild" nəşri isə yazır ki, Kliçkonun Yuliya Timoşenkonun seçkilərdə iştirak etməməli olduğu ilə bağlı çıxışı siyasi gündəmi dəyişib: "Yuliya Timoşenko Poroçenkonun namizədliyini dəstəkləmək vəzifəsini üzərinə götürsəydi, bu, daha yaxşı olardı. Bütün demokratik qüvvələr vahid namizədin ətrafında birləşməli və ölkənin parçalanma miqyasını böyütməməlidir".

Kliçko bəyan edib ki, o, hazırkı inqilabın 2004-cü ilin ağır nəticələri ilə başa çatmasını istəmir: "Mən bu inqilabın 2004-cü ilin ağır nəticələri ilə ilə təkrarlanmasını istəmirəm və 25 may seçkisindəki namizədliyimi geri götürəcəm".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə