Aprelin 1-i və 2-si NATO xarici işlər nazirləri Ukraynaya yardım yollarını müzakirə etmək üçün NATO-nun Brüsseldəki qərargahında görüş keçirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu görüş, Krımın Rusiya tərəfindən işğal olmasından sonra 28 üzv ölkənin ilk diplomatik toplantısıdır. Görüşlə bağlı məlumatlar NATO-nun rəsmi saytında yerləşdiriləcək. Görüşlərə NATO-nun baş katibi Anders Foq Rasmussen başçılıq edəcək.
İclasda NATO-nun Moskva ilə əməkdaşlığının dayandırılması da müzakirə ediləcək. Alyansın verdiyi açıqlamada bildirilib ki, iclasda nazirlər həmçinin Ukraynaya dəstək yollarını müzakirə etmək üçün Ukrayna xarici işlər naziri Andri Deşiça (Андрій Дещиця) ilə danışıqlar aparacaqlar.
Qeyd edək ki, nazirlərin toplantısı ilə eyni vaxtda Rusiya Ukrayna sərhəddindən rus qoşunlarının qismən çıxarılması haqqında əmr verib. Almaniya hökumətinin verdiyi açıqlamaya görə, bu barədə məlumatı Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Anjela Merkel ilə telefon danışığında bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB