Britaniyada Dəmir dövrünə aid skeletlər aşkar edilib

Britaniyada Dəmir dövrünə aid skeletlər aşkar edilib

"Bloomberg" agentliyinin verdiyi məlumata görə, britaniyalı su kəməri işçiləri qazıntı işləri zamanı təsadüfən Dəmir dövrünə aid skeletlər aşkar ediblər.

Agentlik bildirir ki, bu hadisə Uiltşir qraflığında baş verib. Mütəxəssislər dəqiqləşdiriblər ki, skeletlərdən biri 10 yaşlı uşağa, ikincisi isə bir ayağı olmayan qadına məxsusdur.

Alimlərin fikrincə, tapıntı eramızdan əvvəl VIII əsrə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə