Misirdә iki ay sonra prezident seçkilərinin keçirilmәsini nәzәrdә tutan qәrara baxmayaraq, Məhəmməd Mursi iqtidarına son qoyan hәrbi çevriliş rəhbərliyi demokratiya tәrәfdaşlarına tәzyiq etmәkdә davam edir. SİA-nın məlumatına görə, Misir seçki komissiyası prezident seçkilərinin 26-27 may tarixlərində reallaşacağını, seçkilәrdә iştirak edәcәk olanların 20 aprelə qədər namizədlik müraciəti edә bilәcәklәrini bildirib.
Seçkidə yarışacaq namizədlər 3 maydan etibarәn 3 həftə seçki tәbliğatı apara bilәcәklәr. Ancaq Müsəlman Qardaşlar hərəkatının "terrorist" elan edildiyi ölkədə demokratiya tərəfdarı nümayişlərə icazə verilmir.
Mursi-nin iqtidarına son qoyan hərbi çevrilişә başçılıq edәn general Abdulfəttah Es – Sisi-nin seçkilərdә qәlәbә qazanacağı ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB