ABŞ dövlət katibi Sergey Lavrovla Ukrayna barədə danışıb

ABŞ dövlət katibi Sergey Lavrovla Ukrayna barədə danışıb

ABŞ dövlәt katibi və Rusiya xarici işlər naziri Parisdә Ukrayna mәsәlәsini müzakirә ediblәr. SİA-nın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun istәyinә görә reallaşan görüşdә iki hәmkar Ukrayna böhranını diplomatik yollarla necə həll edəcəklərini tәhlil edib.

ABŞ dövlәt katibi Kerri Ukrayna sərhədindəki Rus birlәşmәlәrinin geri çəkilməsi və Moskvanın Kiyevlə birbaşa danışıqlara başlamasına dair çağırışını bir daha sәslәndirәrkәn, Lavrov Rus əsgərlərinin bölgədəki işğal üçün deyil, hәrbi tәlim mәqsәdi ilә yerlәşdirildiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə