Türkiyə prezidenti regional məsələləri müzakirә edəcək

Türkiyə prezidenti regional məsələləri müzakirә edəcək

Türkiyə prezidenti Abdullah Gül sabah Küveytə yola düşәcәk. SİA-nın məlumatına görə, Abdullah Gül Küveyt əmiri Şeyx Sabah Әl -Әhmad Әl - Jaber Әl – Sabah-ın dəvətinә görә aprelin 1-3 tarixləri arasında Küveytdә sәfәrdә olacaq.

A. Gül Küveytә sәfәri çәrçivәsindә Milli Məclisin sədri, baş nazir, baş nazir köməkçisi və xarici işlər naziri ilә dә bir araya gələcək.

Görüşlәrdә Küveyt ilə Türkiyә arasındakı əlaqələr və regional məsələlər müzakirә edilәcәk.

Bütün xəbərlər Facebook səhifəmizdə