Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidmətinin məlumatına görə, keçirilən xüsusi əməliyyat nəticəsində tanınmayan Dnestryanı Respublikasının "KQB" agenti ölkə ərazisində tutularaq saxlanılıb. SİA qlavcom.ua-ya istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində bəlli olub ki, saxlanılan şəxs tanınmayan respublikanın Dövlət Təhlükəsizlik Xidmətinin kapitanı Segey Kuzmyukdur. Kuzmyuk "verbovka" olunan Ukrayna vətəndaşı ilə görüş keçirərkən tutulub. Bəlli olub ki, xəfiyyə Dnestryanı ərazidən Ukraynaya qanunsuz silah və hərbi ləvazimatlar keçirməyə hazırlaşıb. Məqsəd isə seçkilər ərəfəsində siyasi-ictimai vəziyyətə təsir etməkdən ibarət olub.
"KQB" agenti həmçinin, Ukrayna Silahlı Qüvvələrinin dislokasiyasını, sərhəd xidmətinin fəaliyyətini və hərbi hazırlıq səvissəyini öyrənmək üçün iş aparıb.
UTX-nin məlumatında o da bildirilir ki, Kuzmyukda Moldova pasportu olduğu üçün o, həmin ölkənin hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB