Türkiyədə ötәn gün keçirilәn bәlәdiyyә seçkilәrinin nəticələri dünya mətbuatında geniş әks edilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, seçkinin sanki referendum atmosferindә baş tutduğu vurğulanıb. Әdalәt vә İnkişaf Partiyası və baş nazir Rəcəb Tayyib Ərdoğanın bu imtahanda böyük uğur qazandığı qeyd edilib.
Qərb, ərəb və İsrail mətbuatı, seçki nәticәlәrini Ərdoğanın zəfər referendumu kimi xarekterizә edib.
"The Wall Street Journal"da mövzu ilә bağlı әks edәn mәqalәdә bildirilib ki, "Türkiyədəki bәlәdiyyә seçkilәri Ərdoğanı daha da gücləndirdi ".
"Financial Times" isə baş nazir Ərdoğanın bəlәdiyyә seçkilərindә zəfər elan etdiyini, xalqın verәcәyi hər cür sәlahiyyәt üçün hazır olduğunu bildirib.
"France 24" televiziyası, baş nazirin seçkilәrdә qazandığı uğurla etimad tәzәlәdiyini bildirib.
"Reuters" xәbәr agentliyi isə bildirib ki, bәlәdiyyә seçkilərindә әldә edilәn nәticә baş nazir Ərdoğanın hökumətini təsdiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB