Krımın yeni konstitusiyası böyük ehtimalla aprelin 10-a qədər parlamentin qərarı ilə qəbul edilə bilər. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın unian.net xəbər saytı "Kommersant" qəzetinə istinadən yazır. Saytın bildirdiyinə görə, konstitusiyanın qəbulu referendum keçirilmədən baş tuta bilər. Bunu açıqlamasında konstitusiya komissiyasının keçmiş rəhbəri, Krım dövlət şurasının vitse-spikeri Georgi İoffe deyib.
"Referendum haqqında ümumiyyətlə, söhbət gedə bilməz" -deyə, bildirən İoffe onu da qeyd edib ki, konstitusiyanın xalqla müzakirəsini psevdodemokratiya hesab edir: "Bu, psevdodemokratiya olardı. Düşünürəm ki, aprelin 10-a qədər Krım parlamentinin xüsusi sessiyasını keçirərək, konstitusiyanın qəbuluna nail olacağıq və bu dəfə bütün mənalarda özümüzü Rusiya Federasiyasının subyekti kimi görəcəyik".
Xatırladaq ki, BMT və digər nüfuzlu təşkilatlar Krımın Rusiyaya birləşdirilməsi qərarını legitim hesab etməyərək, sözügedən prosesi işğalçılıq kimi qiymətləndiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB