Venesuelada həftələrdir davam edən nümayişlərdə həyatını itirənlərin sayı 39-a çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Miquel Rodriquez ötən gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hadisələrdə son günlər yaralıların sayı da artaraq 58-ə çatıb.
Qeyd edək ki, ötən il Venesuelanın mərhum lideri Uqo Çavesin ölümündən sonra ölkə prezidenti seçilən Nicolas Maduronun rəhbərliyinə qarşı nümayişlər keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB