Türkiyədə 70 -dən çox vilayətin bələdiyyə sədri məlum oldu

Türkiyədə 70 -dən çox vilayətin bələdiyyə sədri məlum oldu

Türkiyənin 70-dən çox vilayətdə bələdiyyə sədrləri müəyyənləşib. Bu barədə SİA türk mətbuatına istinadən xəbər verir.

Qeyri-rəsmi nəticələrə görə, ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkilərinə əsasən 48 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 11 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib.

Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.

Bütün xəbərlər Facebook səhifəmizdə