Türkiyədə bələdiyyə seçkilərində səslər hesablanır.
səslərin artıq 25,24 fazi hesablanıb. 47,91 faiz səs ilə Ədalət və İnkişaf Partiyası irəlidədir, onun ardınca 27,56 faiz səslə Cümhuriyyət Xalq Partiyası qərarlaşıb. MHP 13,51 faiz səslə üçüncüdür.
İlkin nəticələrinə görə, İstanbulda AKP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada AKP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.
Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB