Slovakiyada prezident seçkilərinin ikinci turunda Andrey Kiska qələbə qazanıb

Slovakiyada prezident seçkilərinin ikinci turunda Andrey Kiska qələbə qazanıb

Martın 29-da Slovakiyada prezident seçkilərinin ikinci turu keçirilib. Bu turda mübarizə Baş nazir Robert Fiko və bitərəf biznesmen Andrey Kiska arasında gedib.
Seçkilərdən öncə sosial-demokratlar düşərgəsinin namizədi R.Fiko favorit olsa da, heç bir siyasi düşərgəyə mənsub olmayan bitərəf A.Kiska seçicilərin böyük əksəriyyətinin etimadını qazana bilib.
Beləliklə, seçicilərin 59,4 faizinin səsini toplayan A.Kiska növbəti beş il müddətinə Slovakiyanın prezidenti seçilib. Səsvermənin ilkin nəticələri açıqlandıqdan sonra 40,6 faiz səs toplamış R.Fiko məğlubiyyətini etiraf edərək, mətbuat vasitəsilə rəqibini təbrik edib.
Xatırladaq ki, seçkilərin birinci turunda R.Fiko seçicilərin 28 faizinin, A.Kiska isə 24 faizinin səsini toplaya bilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə