Xəbər verdiyimiz kimi, Türkiyədə bələdiyyə seçkiləri başlayıb. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ədirnədə seçicilər seçkilərə 1 saat tez gediblər.
Agentliyin verdiyi məlumata görə, vətəndaşlar saatların martın 30-da gecə irəli çəkiləcəyini unudaraq seçki başlamadan səsvermə məntəqələrinə gediblər.
Məntəyə gələn seçicilər isə orada hələ də seçkilərin keçirilməsi üçün hazırlıq işlərinin getdiyilə tanış olublar.
Seçicilər məntəqə qarşısında 1 saat gözləməli olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB