Ukraynada ölkə prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi davam edir
Bu gün Ukraynada ölkə prezidenti vəzifəsinə öz namizədlərini irəli sürmüş müxtəlif siyasi qüvvələrin qurultayları keçirilib.
Xarkov vilayət dövlət administrasiyasının sabiq sədri Mixail Dobkin Regionlar Partiyasından prezidentliyə vahid namizəd irəli sürülüb. Digər üç namizədi – Yuri Boyko, Oleq Tsaryov və Sergey Tigipkonu dəstəkləyənlərin sayı çox cüzidir.
"Batkivşina" partiyasının XII qurultayında nümayəndələr Yuliya Timoşenkonun namizədliyini irəli sürüblər.
"Svoboda" Ümumukrayna Birliyinin fəalları bu gün həmin partiyanın rəhbəri Oleq Tyaqnibokun namizədliyini irəli sürüblər. Lakin Tyaqnibok seçki kampaniyası dövründə "Sağ sektor"un lideri Dmitri Yaroş ilə razılığa gəlməyi istisna etmir.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri mayın 25-nə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB