Ermənilər cəbhə xəttində yanğınlara başladılar

Ermənilər cəbhə xəttində yanğınlara başladılar

SİA-nın əldə etdiyi informasiyaya görə, işğal altında olan Azərbaycan ərazilərində ermənilər növbəti təxribata əl atıblar.

Belə ki, bu gün səhər saatlarından etibarən erməni hərbçiləri cəbhənin bir neçə istiqamətində, neytral zonalarda, işğal altında saxladıqları kəndlərdə, eləcə də təlim yerlərində yanğınlar törədiblər.

Qeyd edək ki, hər il mart-aprel aylarından başlayaraq qış aylarına qədər ermənilər cəbhə xəttində mütəmadi olaraq yanğınlar həyata keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə