Əfqanıstanda aprelin 5-də keçiriləcək seçkilərin təhlükəsizliyinin təmin olunması məqsədilə Talibana qarşı təşkil olunmuş hərbi əməliyyatlarda 20 Taliban üzvü ölüb, 3-ü isə yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlumata əsasən əfqan təhlükəsizlik qüvvələri tərəfindən son 24 saat ərzində Talibana qarşı [lk'nin Bəlx, Vardan, Nangarhar və Qəznə şəhərlərində hərbi əməliyyatlar keçirilib. Əməliyyatlarda ölən və yaralanan təşkilat üzvləri ilə yanaşı 13 Taliban üzvü isə tutulub.
Çox sayda silah və patlayıcının aşkarlandığı əməliyyatlarda Taliban tərəfindən Bağlan və Helmand şəhərlərində yol kənarına yerləşdirilən 6 bomba da zərərsizləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB