Putin Rusiyanın Krıma müdaxiləsini qəbul edib

Putin Rusiyanın Krıma müdaxiləsini qəbul edib

Rusiya prezidenti Vladimir Putin Krımda baş verən son hadisələrin Rusiya ordusunun hərbi hazırlığının ən yüksək səviyyədə olduğunu göstərdiyini deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkə prezidenti bu fikirləri səsləndirməklə ilk dəfə Rusiyanın Krıma müdaxiləsini qəbul edib.

Onun sözlərinə görə, yaşananlar Rusiya ordusu üçün sınaq idi: "Bu hadisə silahlı qüvvələrimizin yeni imkanlarını nümayiş etdirdi".

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Krımda tərəf dəyişdirməyən əsgərlərin avadanlıq və təchizatlarının Ukraynaya ekstradisiya edilməsi barədə təlimat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə