Yaponiyanın Riken elmi tədqiqat institutu yeni nəsil superkompyuter yaratmaq fikrindədir. O, "Key" adlanan mövcud superkompyuterdən 100 dəfə daha güclü olacaq. "Key" superkompyuteri, həmçinin Yaponiyanın bu elmi müəssisəsinə aiddir və ən məhsuldar kompyuterlərin qlobal reytinqində dördüncü yerdə qərarlaşıb.
Bildirilir ki, layihəyə 140 milyard yena (təxminən 1,37 milyard ABŞ dolları) ayırmaq planlaşdırılır. Superkompyuter üzərində aparılan işlərin 2020-ci ildə başa çatdırılacağı gözlənilir.
Ən yeni superkompyuterin yaradılmasında Riken universitetinin öz mütəxəssisləri aparıcı rola malik olacaqlar, lakin kənar investorların və mütəxəssislərin iştirakı istisna edilmir. Yapon alimləri mövcud "Key" superkompyuterindən istifadədən imtinaya hazırlaşmırlar. Kompyuter texnikasının yeni möcüzəsi Kobe şəhərinin yaxınlığındakı Port Ayland süni adasında öz ulu babasının yanında quraşdırılacaq.
Yeni superkompyuter saniyədə kvintilyon hesablama aparacaq ki, bu da sözügedən sahədə lider "Tyanhe-2" "maşın"ını xeyli üstələyir.
Yapon mütəxəssisləri layihəyə böyük ümid bəsləyirlər və hesablayırlar ki, superkompyuter təbii fəlakət hadisələrinin modelləşdirilməsində xeyli kömək göstərəcək, həmçinin avtomobil sənayesində ona tələbat olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB