Qadın jurnalist ölüb

Misirin paytaxtında baş verən iğtişaşlar zamanı "Əl-Dustur" qəzetinin müxbiri Miyada Əşrəf öldürülüb. Hadisə jurnalist Qahirənin şimalında reportaj hazırlayarkən baş verib.

Misirdə "Müsəlman qardaşları" və polis arasında növbəti toqquşmalar Abdel Fəttah əs-Sisinin prezident seçkilərində öz namizədliyini irəli sürməsindən sonra başlayıb.

Xatırladaq ki, Misirin müdafiə naziri Abdel Fəttah əs-Sisi tutduğu vəzifədən istefa verib və apreldə baş tutacaq prezident seçkilərində iştirak edəcəyini rəsmi olaraq bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə