Bill Qeyts uşaqlarını 76 milyardlıq mirasdan məhrum edib

Bill Qeyts uşaqlarını 76 milyardlıq mirasdan məhrum edib

Var-dövləti 76 milyard dollar dəyərində qiymətləndirilən, dünyanın məşhur "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts uşaqlarını miras hüququndan məhrum etmək qərarına gəlib. SİA-nın xəbərinə görə, milyarder ölümündən sonra ona məxsus bütün pulların "Bill & Melinda Gates Foundation" Xeyriyyə Fonduna köçürülməsini vəsiyyət edib. Dünyada yoxsulluğun azaldılması, tibb və təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan fond dünyanın ən iri xeyriyyə təşkilatı hesab edilir.

Məlum olduğu kimi, B.Qeytsin üç uşağı- qızları Cennifer-Katarin və Fbi-Adel və oğlu Rori-Con var. "Microsoft" yaradıcısı bildirib ki, onun var-dövləti uşaqlarına miras qalmayacaq. O öz qərarına izah verərək, uşaqlarının firavanlıq üçün işləməsinin vacib olduğunu, bunu onlarında anlamaları üçün qərarı həyat yoldaşı ilə birlikdə qəbul etdiyini deyib.

Qeyd edək ki, milyarderin uşaqları ən yaxşı təhsil ocağında oxuyur və gələcəkdə onların yüksək nailiyyətlər əldə etmələri üçün bütün lazımi şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə