Ərdoğan həkim nəzarətində olacaq

Ərdoğan həkim nəzarətində olacaq

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan səhhətindəki problemlə əlaqədar səfərlərini təxirə salıb. Bu barədə SİA türk mətbuatına istinadən xəbər verir.

Belə ki, səs tellərindəki problemlə əlaqədar baş nazir yaxın günlərdə İstanbulda həkim nəzarəti altında olacaq.

Baxmayaraq ki həkimlər səhhəti ilə bağlı mitinqlərdə çıxışına qadağa qoymuşdular martın 27-də R.T.Ərdoğan qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar iki seçkiqabağı mitinqdə iştirak edərək səs tellərindəki problemlərini daha da artırıb.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə