Aprelin 24-də Astanada XII Avrasiya media forumu (AAMF) işə başlayacaqdır. AAMF-in təşkilat komitəsi aprelin 24-25-də Astanada, İstiqlaliyyət sarayında keçiriləcək Avrasiya media forumunun növbəti konfransına hazırlığa başlayıb.
Ənənəyə görə, konfransın iştirakçıları Qazaxıstanın paytaxtında müasir dünyanın aktual məsələlərini – "Dünyada yeni qayda-qanun və ya üçüncü dünya müharibəsinin labüdlüyü", "Avropa Şərqə doğru gedir", "Yaxın Şərq alovunun sönməyən məşəli", "İran nüvə proqramı", "Avrasiya inteqrasiyası", "Cazibədar "modus vivendi" məsələlərini müzakirə edəcəklər.
Qeyd etmək lazımdır ki, keçən il AAMF-in işində dünyanın 46 ölkəsindən təqribən 600 nümayəndə iştirak etmişdi. Forumu Qazaxıstanın və xarici ölkələrin KİV-lərinin 350-dən çox nümayəndəsi işıqlandırmışdı.
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev qeyd edib ki, "fəaliyyət göstərdiyi on bir il ərzində Avrasiya media forumu siyasətçilər, ekspertlər və jurnalistlər birliyi arasında fikir mübadiləsi üçün misli görünməmiş meydan olub. Forumun Avrasiya inteqrasiyasının inkişafına köməyini xüsusi vurğulamaq istərdim. Qloballaşma şəraitində Avrasiya və bütövlükdə dünya problemlərinin geniş müzakirəsinin əhəmiyyəti artır... XXI əsrdə dialoq bir sıra ekspertlər tərəfindən meqa diplomatiya adlandırılan yeni, mühüm qloballaşma vasitəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB