Türkiyədə "YouTube" videoservisinə giriş bağlanıb. Türkiyə Rabitə və Telekommunikasiya İdarəsi yerli internet seqmentində YouTube-a birbaşa girişin bağlandığını açıqlayıb.
Qəzetin yazdığına görə, İdarə YouTube-da Türkiyə güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşünün əks olunduğu videoyazı yerləşdirildikdən sonra belə qərar qəbul edib. Məlumata əsasən, görüş zamanı Suriyaya hərbi müdaxilə ehtimalı müzakirə edilib.
Xatırladaq ki, martın 21-də Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB