Türkiyədə "YouTube" da bağlandı

27 Mart 2014 22:01 (UTC+04:00)

Türkiyədə "YouTube" videoservisinə giriş bağlanıb. Türkiyə Rabitə və Telekommunikasiya İdarəsi yerli internet seqmentində YouTube-a birbaşa girişin bağlandığını açıqlayıb.

Qəzetin yazdığına görə, İdarə YouTube-da Türkiyə güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşünün əks olunduğu videoyazı yerləşdirildikdən sonra belə qərar qəbul edib. Məlumata əsasən, görüş zamanı Suriyaya hərbi müdaxilə ehtimalı müzakirə edilib.

Xatırladaq ki, martın 21-də Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanmışdı.