Yuliya Timoşenko: “Seçki reklamına pul xərcləməkdənsə, zirehli tranportyorlar, tanklar alın"

Yuliya Timoşenko: “Seçki reklamına pul xərcləməkdənsə, zirehli tranportyorlar, tanklar alın"
Ukraynanın eks baş naziri Yuliya Timoşenko bu gün keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın nbnews.com.ua xəbər portalı məlumat yayıb.

Lakin bəyanatı çərçivəsində Timoşenko seçkilərdə iştirak edəcək opponentlərinə ilginc çağırış da edib. Belə ki, eks baş nazir seçki kampaniyasında iştirak edəcək tərəfləri həm təbliğat-təşviqat işlərindən, həm də bu istiqamətdə hazırlanacaq reklam çarxlarından imtina etməyə çağırıb.

"Seçki reklamına pul xərcləməkdənsə, zirehli tranportyorlar alın" -deyə, bildirən Timoşenko eyni zamanda bildirib ki, kölgə maliyyəsi hesabına zombiləşdirilmiş reklam çarxlarını şəffaf və ədalətli debatlarla əvəzləmək lazımdır: "Mən bu kimi sərsəm və məntiqsiz reklamlardan imtina edirəm və işimi mətbuat vasitəsilə görəcəm. Namizədliklərini irəli sürənlərə isə təklif edirəm ki, gəlin, tamamilə başqa cür prezident seçkiləri kampaniyası keçirək. Eyni zamanda kampaniyaya xərclənəcək pullar hesabına müdafiə məqsədi ilə zirehli texnikalar və tanklar alaq" -deyə, Timoşenko bildirib.

Bu arada eks baş nazir sabah parlamentə yeni qanunvericilik təkliflər paketi təqdim edəcəyini də qeyd edib.

Qeyd edək ki, artıq bir sıra siyasi dairələr Yuliya Timoşenkonun sözügedən bəyanatını müharibə çağırışı kimi qiymətləndiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB