Suriyada Əsəd rejiminin mühasirə altında saxlayaraq balistik raketlər yağdırdığı və paytaxt Dəməşqin qərbində yerləşən Dareya şəhərində 6 min suriyalı yaşamaq uğrunda mübarizə aparır. SİA xarici mətbuat istinadən xəbər verir ki, Suriya Hərbi Hava Qüvvələrinə aid vertolyotlar son iki ayda bölgəyə 300-dən çox balistik raketlər atıb.
Edilən hücumlar səbəbi ilə əhalinin təhlükəsiz ərazilərə köçdüyünü deyən yerlilər bildiriblər ki, hazırda şəhərdə 600-ü uşaq olmaqla 6 min suriyalı aclıqdan əziyyət çəkir.
Rejimin şəhərə atdığı raketlər Dareyanın təxminən 80%-ni dağıdıb, binalr xarabalığa çevrilib. Təkcə 2012-ci ilin avqust ayında bölgəyə ağır silahlarla təşkil etdiyi hücumlarda 724 nəfər ölüb, minlərlə suriyalı yaralanıb, həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB