Ermənistan hökuməti "Metsamor" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun istismara verilməsinin layihə müddətinin 2016-cı ilədək uzadılması haqqında qərar qəbul edib. SİA bu barədə erməni mətbuatına istinadən xəbər verir.
Ermənistan Maliyyə Nazirliyinə proqramın reallaşdırılması üçün Rusiya hökuməti ilə kredit vəsaitlərinin cəlb edilməsi haqqında sazişin imzalanması üzrə cari il mayın 1-dək tədbirlər görmək tapşırılıb. Bundan başqa, Ermənistanda yeni nüvə enerji blokunun tikintisi üzrə işlər aktivləşdiriləcək.
"Bu, Ermənistanın yeni AES-in tikintisindən imtina etməsi anlamına gəlirmi" sualına ölkənin baş naziri Tiqran Sarkisyan belə cavab verib: "Hökumət bu istiqamətdə fəal işlər görməkdə davam edir. Bütün bunlar qlobal maliyyə böhranı ilə əlaqədardır. Bu səbəbdən müvafiq maliyyə vəsaitini əldə etmək mümkün olmayıb. Hazırda işləri aktivləşdirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB