Türkiyənin Reyhanlı Mahalının Yeşilova məhəlləsi yaxınlığında partlayış olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə əkin sahələrinə yaxın bölgədə qeydə alınıb. Partlayışa Suriyadan atılan mərmi və ya hava güllələrinin səbəb olduğu iddia edilir. Bu baxımdan ərazidə təhlükəsizlik tədbirləri görülüb. Axtarış zamanı partlayışa səbəb olan heç bir güllə və ya raket qalığına rast gəlinməyib. Ölkə rəsmiləri axtarışların davam etdiriləcəyini vurğulayıblar.
Bölgənin rəsmi saytında yazılan məlumatlarda qeyd olunub ki, hadisə top mərmisinin partlaması nəticəsində baş verib. Məlumatda hadisədən zərəçəkənlərin olmadığı da qeyd olunur. Hazırda ərazidə lazımi təhlükəsizlik tədbirləri görülür.
Yeşilova məhəlləsinə gələn ərazinin bələdiyyə sədri Yusuf Gülər partlayışın Suriya tərəfindən törədildiyini bildirib: "Hədəfin Xarim qəsəbəsi olduğunu düşünürəm. Dünən də orada baş verən partlayışda 5 nəfər ölüb. Bu yaxınlarda Türkiyə tərəfindən Suriyaya məxsus təyyarənin endirilməsi Əsəd rejimini ciddi iş başına keçirib. Qarşı tərəfdə döyüş gedir. Bölgəmizin zərər görməsini istəmirik. Düşüncələrinizi öz hisslərim olaraq qəbul edirəm və baş verənləri yüksək orqanlara hesabat halında təqdim edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB