Martın 26-da ABŞ Prezidenti Barak Obamanın İtaliyaya səfəri başlayıb.
Səfər çərçivəsində ABŞ-ın dövlət başçısının Roma Papası Fransisk, İtaliya Prezidenti Corco Napolitano, bu ölkənin Baş naziri Matteo Renzi ilə görüşməsi nəzərdə tutulub. Görüşlərdə dünyada sülhün bərqərar olunması, yoxsulluğun aradan qaldırılması, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və digər məsələlərin müzakirə olunması gözlənilir.
ABŞ Prezidenti Barak Obama ilə İtaliyanın Baş naziri Matteo Renzi arasında keçiriləcək görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB