Əfqanıstanın Müdafiə Nazirliyi (ƏMN) son bir ildə 1387 əfqan əsgərinin Taliban tərəfindən təşkil edilən hücumlarda həyatını itirdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ƏMN-in sözçüsü Zahir Əzmi paytaxt Kabildə təşkil edilən mətbuat konfransında 2013-cü ilin əfqan əsgərləri üçün qanlı il olduğunu deyib. Onun sözlərinə görə, 2013-ci ilin mart ayından 2014-ci ilə mart ayına qədər hər gün orta hesabla 4 əfqan əsgəri Talibanın hücumlarında şəhid olub: "Ötən illərə nisbətdə 2013-cü ildə itkimiz çox oldu".
Spiker əsgərlərin 85%-nin yol kənarına yerləşdirilən patlayıcılar nəticəsində şəhid olduğunu bildirib: "Ordumuz ötən il ölkə daxilində 1300 hərbi əməliyyat və 500-dən çox xüsusi əməliyyat keçirib. Son bir ildə tərəfimizdən minlərlə Taliban xadimi öldürülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB