İtkin Malayziya təyyarəsinin pilotu ilə bağlı ŞOK İDDİA!

İtkin Malayziya təyyarəsinin pilotu ilə bağlı ŞOK İDDİA!

İtkin Malayziya təyyarəsinin Hind okeanının cənubunda qəzaya uğramasına və dəniz səviyyəsindən 7 min metr məsafədə dərinliyə qərq olmasına təyyarənin birinci pilotu Zaharie Əhməd Şahın səbəb olduğu açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən həyat yoldaşı tərəfindən tərk edilən Şah depressiyada olduğundan təyyarəni yanacağı qurtarana qədər cənuba doğru istiqəmətləndirib və bununla da intihar edib. Səlahiyyətlilər pilotun təyyarəni 13-14 min metr yüksəkliyə qaldırması nəticəsində oksigensiz şəraitdə təyyarə qəzaya uğramadan öncə sərnişinlərin öldüyündən şübhələnir.

Qeyd edək ki, qəza zamanı ölən 153 çinlinin ailələrin Çinin paytaxtı Pekindəki Malayziya səfirliyi qarşısında "Qatil Malayziya hökuməti" şüarı səsləndirərək aksiya keçiriblər. Malayziya höküməti isə hər sərnişin üçün yaxınlarına 5 min dollar verəcəyini açıqlayıb.

Xatırladaq ki, Malayziya məxsus itkin "Boeing 777" təyyarəsi martın 8-də Kuala Lumpurdan Pekin istiqamətində hərəkət edərkən radarlardan itib. Qəza nəticəsində təyyarədə səyahət edən 239 sərnişin, 12 ekipaj üzvü ölüb. Qazaxıstandan Hind okeanının cənubunu əhatə edən 7 milyon kvadrat mertlik ərazidə aparılan axtarışda 26 ölkə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə