"UDAR" "Batkivşina"nın bizə olan ədalətsiz münasibətinə etiraz əlaməti olaraq, Ukraynanın yeni qurduğu koalisiyadan çıxacaq". SİA-nın məlumatına görə, bu sözləri "Qlavkom" saytına müsahibəsində "UDAR" partiyasını təmsil edən xalq deputatı Sergey Kunitsın deyib.
Vitaliy Kliçko tərəfdarının sözlərinə görə, təmsil olunduğu partiya nəinki koalisiyadan çıxacaq, eləcə də ölkədə yeni hökumətin qurulmasında iştirak etməkdən imtina edəcək.
"Budur, artıq konfliktlər başlanıb. Əgər "Batkivşina" tərəfi bizə qarşı etinasız yanaşıb, fəaliyyətimizə tüpürərsə, hər şey baş verə bilər" - deyə "UDAR" təmsilçisi xəbərdarlıq edib.
Xatırladaq ki, Maydan hərəkatı dövrü "UDAR" və "Batkivşina" partiyaları müttəfiqlik edərək, Yanukoviç hökumətinin devrilməsində yaxından rol oynayıblar. Hazırda yeni qurulacaq hökumətdə partiyalar arasında ali postlara yiyələnmək üçün gizli və açıq şəkildə mübarizələrin getdiyi barədə informasiyalar yer alır.
Qeyd edək ki, "Batkivşina" təmsilçiləri siyasi dəstək istiqamətində digər partiyalardan daha çox üstünlüyə mailkdir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB