ABŞ prezidenti Barak Obamanın fikrincə, Krımı Rusiya Federasiyasının ərazisi kimi görmək tezdir. Çünki dünyanın əksər ölkələri bu amili qəbul etmir. SİA-nın məlumatına görə, bunu "rosbalt" saytı yazıb.
Sayt qeyd edir ki, ABŞ prezidenti yarımadakı vəziyyətin Kosovo variantına bənzədilməsini də doğru qəbul etmir. "Burada ümumiyyətlə, heç bir məntiq yoxdur" - deyə qeyd edən Obama onu da bildirib ki, Rusiya ABŞ-ın milli təhlükəsizliyi üçün heç də bir nömrəli təhlükə mənbəyi deyil.
Qeyd edək ki, beynəlxalq sammitdə çıxış edən ABŞ prezidenti Rusiya ilə müharibə aparmayacaqlarını da bildirib. O, deyib ki, Ukraynada demokratik seçkilərin keçirilməsi üçün ölkə iqtisadiyyatına hər cür yardımlar göstəriləcək.
"Biz müharibə etməyəcəyik. Lakin bu o demək deyil ki, Rusiya təcrid olunmayacaq. Rusiya bu gün beş il öncəki Gürcüstan hadisələrindən də artıq dərəcədə təcrid olunub" - deyə vurğulayan ABŞ prezidenti qeyd edib ki, Rusiya bəzi qonşularını təhdid edən regional gücdür. Ona görə də baş verənləri güc nümayişi yox, zəiflik kimi anlamaq lazımdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB