Rəsmi Buxarestdən NATO-ya tələb

"Ukrayna ilə həmsərhəd ölkələr hərbi hazırlıq vəziyyətinə gətirillməlidir"
Rəsmi Buxarestdən NATO-ya tələb

Rumıniya hökuməti Ukrayna hadisələrindən narahat olduğunu gizlətmir. Belə ki, bunu rəsmi Buxarestin NATO-dan etdiyi tələbindən də görmək mümkündür. SİA-nın məlumatına görə, bunu Almaniyanın "Deutsche Welle" saytı yazır.

Qeyd olunur ki, NATO Şərqi Avropa sərhədləri boyu hərbi hazırlıq vəziyyətinə gətirilməlidir. Eyni zamanda bu, Ukrayna ilə həmsərhəd olan ölkələrə aid olmalıdır.

Rumıniyanın müdafiə naziri Mirça Duşa NATO-nun informasiya və kommunikasiya konfransında bildirib ki, xüsusilə, Rumıniyada və Pooşada çevik hərbi güclər və güclü texnikalar cəmləşməlidir. "NATO bu istiqamətdə operativliyini qorumalıdır"-deyə qeyd edən Mirça Duşa onu da bildirib ki, o, NATO-nin sentyabrda keçiriləcək sammitində konkret təkliflərini irəli sürmək niyyətindədir. Rumıniyalı hərbi nazir qeyd edib ki, ABŞ-ın raketdən müdafiə sistemləri öncədən də bəyan edildiyi kimi, 2015-ci ildə ölkə ərazisində mövcud olacaq.

"Ukraynadakı böhranla bağlı yaxşı olardı ki, Buxarest 48 ədəd F-16 (Fighting Falcon) tipli qırıcıların alınmasını sürətləndirsin"-deyə bildirən Mirça Duşa həmçinin qeyd edib ki, bütün bunlara baxmayaraq, Rumıniya həmin təyyarələrin istifadəsi üçün pilotlar da hazırlamalıdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə