"Ukrayna federativ dövlət olmalı və neytral hərbi-siyasə xətti tutmalıdır". SİA xəbər verir ki, bu barədə Brüsselə, Avropa İttifaqının sammitinə səfəri zamanı Avstriyanın kansleri Verner Fayman jurnalistlərə açıqlamasında deyib. Onun fikrincə, neytrallıq statusunu əldə etməklə Ukrayna Avropanın yumşaq gücünə üstünlük qazandırmış olacaq.
"Bu, çox düzgün və məntiqli olardı"-deyə qeyd edən kansler oonu da bildirib ki, bu barədə avropalı həmkarları ilə də söhbət edib.
Fayman məsələyə də münasibətinin açıqlayarkən xatırladıb ki, Avstriya 1955-ci ildən neyral mövqeli ölkə statusunu daşıyır və bu istiqamətdə rəsmi Vyana Kiyevə dəyərli məsləhətlərini verə bilər. Eyni zamanda Ukrayna neytral olarsa, Rusiya və Qərbi Avropa ilə balanslaşdırma siyasətində önəmli rol ala, həmçinin, Avropa İttifaqının Moskva ilə yaxınlığına şərait yaratmaqda vasitəçilik yarada bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB