Malayiyanın Baş naziri Nəcib Razak bəyan edib ki, bu ölkənin hava yollarına məxsus itmiş "Boeing 777-200" təyyarəsi Hind Okeanının cənubunda qəzaya uğrayıb və çox güman ki, batıb.
N.Razak deyib: "Süni peyklərdən alınmış məlumatların son təhlillərinə əsasən mütəxəssislər bu qənaətə gəlmişlər ki, "Boeing 777-200" təyyarəsi cənub dəhlizi ilə uçmuş və onun mövcud olduğu yer Hind Okeanının mərkəzində, Avstraliyanın Pert şəhərinin qərbində müəyyən edilmişdir. Bu, mümkün eniş zolaqlarından uzaq, tamamilə kənar bir yerdir. Beləliklə, mən bəyan etməyə məcburam ki, təyyarə öz uçuşunu Hind Okeanının cənubunda başa çatdırmışdır".
Baş nazir bildirib ki, bu barədə sərnişinlərin qohumlarını məlumatlandırıb.
Güman olunur ki, sərnişinlərdən heç biri xilas ola bilməyib.
Xəbər verdiyimiz kimi, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus "Boeing 777-200" sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxıb. Lakin sonradan süni peyklərdən alınmış məlumatların təhlili göstərib ki, təyyarə kəskin dönüş edərək Hind Okeanına istiqamət götürüb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB