NASA Malayziya Hava Yollarına məxsus itmiş təyyarəni kosmosdan çəkilmiş fotoşəkillər vasitəsilə axtarır
Malayziya Hava Yollarına məxsus itmiş təyyarənin axtarışlarına NASA-nın kosmik laboratoriyası da qoşulub. Kosmosdan çəkilmiş fotoşəkillər əsasında mərkəzin mütəxəssisləri Hind okeanının cənub hissəsini təhlil etməklə məşğuldurlar. Bu axtarışlara Yeri tədqiq edən EO-1 süni peyki və Beynəlxalq Kosmik Mərkəzdəki xüsusi İSERV kameraları cəlb edilib.
Eyni zamanda, təyyarənin itməsinə Avstraliyaya məxsus təyyarənin pilotunun verdiyi məlumat da aydınlıq gətirə bilər. Hind okeanının üzərindən uçan həmin pilot suyun üzərində kəmərləri olan altlıq gördüyünü bildirib. Ola bilər ki, bu altlıq itmiş təyyarənin yük hissəsindən düşüb. Lakin mütəxəssislərin bildirdiyinə görə, belə altlıqlar yükdaşıyan gəmilərdə də istifadə olunur. Hazırda okeanın həmin hissəsinə Çin gəmiləri göndərilmişdir. Bu gəmilərin əraziyə martın 25-də çatacağı gözlənilir. Həmin ərazidə axtarışlara Yaponiya hərbi-hava qüvvələrinə məxsus təyyarələrin qoşulduğu da bildirilir.
Bundan əlavə, "Frans Press" agentliyinin verdiyi məlumata görə, Fransaya məxsus süni peyk Hind okeanının cənubunda su üzərində naməlum obyekt müəyyən edib. Süni peyk tərəfindən çəkilmiş fotoşəkillər Avstraliyanın hökumət orqanlarına təhvil verilib.
Xəbər verdiyimiz kimi, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından itib. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub. Hadisədən on beş gün keçməsinə baxmayaraq, hələ də təyyarənin heç bir izi tapılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB