ABŞ-da torpaq sürüşməsi can aldı

ABŞ-da torpaq sürüşməsi can aldı

ABŞ-ın Vaşinqton ştatında baş verən və çoxlu sayda evi yerlə-yeksan edən torpaq sürüşməsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, torpaq sürüşməsinə bölgədə təsirli olan güclü yağışın səbəb olduğu bildirilib.

Bununla belə torpaq şürüşməsinin bölgədəki bir çayın önünü kəsdiyi və bölgədə yaşanan fəlakətə sel təhlükəsinin də əlavə olunduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə