Türkiyə prezidenti “twitter”in yayımına qadağa qoyulmasından danışdı

Türkiyə prezidenti “twitter”in yayımına qadağa qoyulmasından danışdı

Türkiyə prezidenti Abdullah Gül "twitter"in yayımına qadağa qoyulması ilə bağlı qərara öz fikrini bildirib.

SİA-nın məlumatına görə, Abdullah Gül deyib: "Şəxslərin xüsusi həyatı ilə bağlı gizlilik prinsipi ixlal edilirsə, o səhifələr ancaq məhkəmə qərarı ilə bağlana bilər. İnşallah bu qadağan qərarı çox çəkməz".

Türkiyə Baş naziri R. T. Ərdoğanın baş müşaviri Yalçın Akdoğan bu barədə deyib: "Twitter"in bağlanması və ya yasaqlanması kimi bir şey yoxdur, sadəcə olaraq ona əngəl qoyulub".

Ədalət naziri Bəkir Bozdağ da verdiyi açıqlamada əngəlləmə qərarına məhkəmə tərəfindən baxılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə