Daha bir ölkə ABŞ tərəfindən dinlənilib

Daha bir ölkə ABŞ tərəfindən dinlənilib

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Çin siyasətçilərinin, Ticarət və Xarici İşlər nazirliyi ilə birgə şirkətlərin izləndiyi iddia edilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, "Spiegel" jurnalının Edward Snowdenin sənədlərinə əsaslandırdığı xəbərdə, Milli Təhlükəsizlik Agentliyinin Çində izlədiyi hədəflər arasında illik 28 milyard dollara yaxın gəliri ilə dünyanın ən önəmli şəbəkə və telekommunikasiya cihazı istehsal edən Huawei şirkətinin olduğu da bildirilib.

2009-cu ilin əvvəlində ABŞ Təhlükəsizlik Agentliyinin Cisco şirkətinin ən böyük rəqiblərindən olan Huawei şirkətinə qarşı geniş bir əməliyyat həyata keçirdiyi qeyd edilib. Həmin çərçivədə şirkətin bir çox sahədə məlumatları sızdırılıb.

Xəbərdə, Agentliyin hədəfləri arasında Çinin sabiq prezidenti Hu Jintaonun, Çin Ticarət və Xarici İşlər nazirliyi ilə birgə bankların və şirkətlərin yer tutduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə